AZ

Bu sürücülər MİDA sakinlərinin canını boğazına yığıb - VİDEO

Bakıda dayanma-durma qaydasını kobud şəkildə pozan sürücülər piyadaların yolunu kəsiblər. Avtosfer.az xəbər verir ki, hadisə Yeni Yasamal, MİDA sosial binalarının həyətində baş verib. Belə ki, 99-MD-827 qeydiyyat nişanlı "Daewoo" markalı və 90-KV-019 qeydiyyat nişanlı "BMW" markalı avtomobillərin sürücüləri səkidə park edərək piyadaların hərəkətinə maneə yaradıblar. Redaksiyamızın qaynar xəttinə müraciət edən sakinlər bildirir ki, bu hal hər gün kütləvi şəkildə baş verir. Onlar ərazidə mütəmadi nəzarətin aparılmasını və qayda pozan sürücülərin ciddi şəkildə məsuliyyətə cəlb edilməsini xahiş edirlər.

 

Leyla

Seçilən
55
Mənbələr
Şərh ()
Bağla