AZ

"Barselona" Xavini itirməmək üçün bunu edəcək

"Barselona"nın baş məşqçisi Xavi hazırkı vəzifəsini tərk etdikdən sonra ona klub daxilində yeni vəzifə təklif olunacaq.

Publika.az xəbər verir ki, bu barədə "Catalunya Radio" məlumat yayıb.

Mənbənin sözlərinə görə, Kataloniya prezidenti Xuan Laporta Xavinin klubla əlaqələrini qorumaq istəyir. Buna görə ona Aleks Roka ilə birlikdə "Barsa"nın fondunun səfiri vəzifəsini təklif etməyə hazırdır.

Bununla Laporta Xavinin yenidən komandanın "sükanı arxasına" qayıtmaq ehtimalını əlində saxlamağa çalışır.

Seçilən
38
Mənbələr
Şərh ()
Bağla