AZ

Ukraynanın İsveçdəki səfirliyi bu ölkə vətəndaşlarını hərbi əməliyyatlarda iştiraka cəlb edir

İsveç Xarici İşlər Nazirliyinin sözçüsü Tumas Vanesk bildirib ki, Ukraynanın İsveçdəki diplomatik missiyası ölkə vətəndaşlarını hərbi əməliyyatlarda iştirak etmək üçün cəlb edə bilər, çünki buna beynəlxalq hüquq icazə verir.

“İki sahil” xəbər verir ki, bu məlumatı “RİA Novosti” yayıb.

“İsveç vətəndaşlarının Ukraynanın müdafiəsində iştirakı qanunsuz deyil” - agentliyin həmsöhbəti bildirib.

Qeyd edək ki, bir müddət əvvəl Rusiyanın Parisdəki səfiri Aleksey Meşkov Ukrayna səfirliyi tərəfindən fransızların Ukrayna Silahlı Qüvvələri sıralarına cəlb olunduğunu açıqlamışdı. Diplomat qeyd etmişdi ki, Fransa hakimiyyəti Ukrayna diplomatik missiyası tərəfindən muzdluların cəlb edilməsinin qanuniliyi ilə bağlı suala cavab verməkdən yayınır.

phrase_var_article.chosen
111
15
phrase_var_article.sources
phrase_var_article.comment ()
phrase_var_article.close