AZ

Azərbaycanda dövlət xadimlərinə qarşı sui-qəsd cəhdinin arxasında bu 3 ölkə dayanır

Ötən il Dövlət Təhlükəsizliyi Xidməti (DTX) 340 şəxs barəsində 190 cinayət işinin ibtidai istintaqını aparıb. Bu barədə DTX-nin rəisi general-polkovnik Əli Nağıyevin "Respublika" qəzetində dərc olunan məqaləsində qeyd edilib. Həmin cinayət işlərindən 27-si dövlətə xəyanət, 12-si casusluq, 7-si dövlət xadiminin və ya ictimai xadimin həyatına sui-qəsd etmə, 35-i terrorçuluq, terrorçuluğa hazırlıq və Azərbaycan hüdudlarından kənarda silahlı münaqişələrdə iştirak etməklə bağlı olub. 

Bəs görəsən dövlət və ictimai xadimlərə qarşı planlaşdırılan təxribatların arxasında hansı qüvvələr dayanır? 

Mövzu ilə bağlı Yenisabah.az-a danışan millət vəkili Fazil Mustafa bildirib ki, bu cür təxribat cəhdlərinin arxasında Ermənistan, İran və Fransa kimi dövlətlər durur:

“Birmənalı şəkildə Azərbaycanda baş verən bütün təxribatlarda Ermənistan, İran və Fransa kimi ölkələrin iştirakı var və bu dəfələrlə sübut olunub. Digər bir sıra ölkələrin də bu cür terror aktlarında barmağı olsa da, başlıca 3 ölkə bunlardır. Ona görə də, DTX-nın rəhbəri Əli Nağıyevin bu istiqamətdə açıqlamaları da onu göstərir ki, Azərbaycan xüsusi xidmət orqanı təhlükəsizlik sahəsində çox ciddi işlər görür və bu cür təxribatların qarşısı alınır. İstər dövlət xadimlərinə qarşı planlaşdırılan sui-qəsdlərin, istərsə də dövlətə qarşı olan təxribatların qarşısının alınmasında Azərbaycan təhlükəsizlik xidməti əməkdaşları çox peşəkarcasına çalışır. Ona görə də düşmənlərimiz hər hansısa şəkildə nəticəyə vara bilmir”. 

Deputat Dövlət Təhlükəsizlik Xidmətinin bu sahədə olduqca fədakarcasına çalışdığını diqqətə çatdırıb:

“Bu həm də Azərbaycan cəmiyyətinin Dövlət Təhlükəsizlik Xidmətinə olan güvənindən xəbər verir. Çünki əvvəllər bu qurumun nüfuzdan düşmüş imicini məhz son illərdə, xüsusən Əli Nağıyevin bu quruma rəhbər təyin olunmasından sonra tam dəyişdiyini gördük. Sırf dövlətçilik yolunda fədakarcasına çalışırlar və bu da cəmiyyətimiz tərəfindən təqdir olunur”.

Nazim Hacıyev 


Telegram kanalımız
phrase_var_article.chosen
36
phrase_var_article.sources
phrase_var_article.comment ()
phrase_var_article.close