AZ

Nəyə görə qan analizi səhər acqarına verilməlidir?


Həkimlər qan analizləri üçün səhər tezdən acqarına gəlməyi məsləhət görür, lakin təcili hallarda qan analizləri günün istənilən saatı götürülə bilər.


Bəs səhər acqarına verilən analizin üstünlüyü nədir?

“Medicina” xəbər verir ki, buna ən azı2 səbəb var.


1.Gün ərzində bir sıra hormonların aktivliyi, eritrosit, leykosit və trombositlərin səviyyəsi artıb azala bilir. Səhər tezdən və axşam götürülən analizlər eyni insanda bir qədər fərqli çıxa bilər. Həkimlər bütün analizləri səhərə təyin edir ki, digər laboratoriyalarda verilən zaman da müqayisə etmək mümkün olsun və nəticələr çox fərqlənməsin.


2.Analizin düzgünlüyü qanın yığılması və laboratoriyaya təhvili vaxtından çox asılıdır. Qan laxtalanması analizində 6 saatdan sonra nəticə yanlış olacaq.


Buna görə də bütün laboratoriyalar qan yığımını səhər 8-10 arası müəyyən edir ki, əgər analiz başqa yerə aparılacaqsa, çox yubadılmasın.

Bəs nəyə görə acqarına verilməlidir. Acqarına analiz o deməkdir ki, insan analizə qədər minimum 6-8 saat öncədən qida və içki qəbulunu kəsməlidir. Ancaq təmiz su içə bilər.

Bu bəzi xəstəliklərin diaqnozu üçün vacibdir.

Şəkərli diabet

İnsan yemək yeyərsə, qanda şəkərin miqdarı artır. Buna görə aclıq şəkəri daha vacibdir.

Düzdür, son illər HbA1c analizi daha tələbatlıdır. Çünki bu analizlə qanda son 3 ayda şəkərin səviyyəsi görülür. Və bu analizi acqarına vermək vacib deyil.

Dəmir defisiti, qanazlığı da acqarına yoxlanmalıdır.

Zob, hormonal analizlər də mütləq şəkildə acqarına səhər verilir.

Çünki yeməkdən sonra kortizol, testosteron və digər hormonlar yüksələ bilir.

Qanda yağların miqdarı – Əgər analizdən öncə yağlı qidalar yesəniz, qan lipidlərin yüksək konsentrasiyasından çox tünd, tutqun olacaq.

Bu da analizin təhlilinə mane olacaq. Ona görə analizdən 8 saat öncədən yağlı qidalar yemək olmaz.

Aygün Musayeva



phrase_var_article.chosen
59
50
phrase_var_article.sources
phrase_var_article.comment ()
phrase_var_article.close