AZ

Mahir Emreli bu kampaniyaya dəstək verdi

Zaqreb “Dinamo”sunun futbolçuları EFDN (İnkişaf Naminə Avropa Şəbəkəsi) təşkilatının həyata keçirdiyi “İrqçiliyə Qırmızı Kartı göstər” beynəlxalq kampaniyasına dəstək veriblər.

Sportinfo.az xəbər verir ki, bu barədə Xorvatiya klubunun mətbuat xidməti məlumat yayıb.

Azərbaycan milli komandasının hücumçusu Mahir Emreli də kampaniyaya qoşulub.

Mahir Emreli 2022-ci ilin fevral ayından "Dinamo"da çıxış edir. 26 yaşlı forvard bu mövsüm komandanın heyətində meydana çıxdığı 22 rəsmi matçda 5 qol və 5 məhsuldar ötürmə ilə yadda qalıb.

Seçilən
25
Mənbələr
Şərh ()
Bağla