AZ

Gürcüstanlı futbolçu: “Azərbaycan millisi də AÇ-yə vəsiqə qazana bilər”

“Gürcüstan millisi buna tam hazır idi. Çoxdan bu uğuru qazanmalıydıq. Düşünürəm ki, AVRO-2024-ə getməyə layiq oyun sərgilədik”.

Bu sözləri İdmanxeber.az saytına “Turan Tovuz”un gürcüstanlı futbolçusu Prizu Marakvelidze millisinin AVRO-2024-ə vəsiqə qazanmasına münasibət bildirərkən deyib. 29 yaşlı yarımmüdafiəçi ölkəsinin AÇ-dəki şanslarını da dəyərləndirib:

Qrupda da şanslarımız var. İrəli gedə bilərik. Kim bizi zəif hesab edirsə, yanılır. Onlar bizim gücümüzü görəndə təəccüblənəcəklər. Yeri gəlmişkən deyim ki, Gürcüstan futbolu inkişaf edir. Gürcü xalqı da futbolu çox sevir. Təbii ki, mən də bu heyətin bir parçası olmaq istəyərəm. Bu, mənim də arzumdu”.

İki ilə yaxındır ölkəmizdə çıxış edən təcrübəli futbolçu Azərbaycanın da bu uğuru qazana biləcəyini vurğulayıb:

“İlk növbədə bütün Azərbaycan bu böyük məqsəd üçün can atmalıdı. Yalnız futbolçular və federasiya ilə olmur. Bunun üçün hamı əzmkarlıqla mübarizə aparsın. Ölkənizlə Gürcüstan futbolu arasında böyük fərq yoxdu. Azərbaycan millisi də Avropa çempionatına vəsiqə qazana bilər. Sadəcə, buna inanmaq və əzmkarlıqla çalışmaq lazımdı”.

Həsən Quluzadə

 

phrase_var_article.chosen
46
phrase_var_article.sources
phrase_var_article.comment ()
phrase_var_article.close