AZ

Könül Nurullayeva: “ABŞ-Ermənistan-Avropa İttifaqı hərbi paktı regionda sabitliyə, sülhə qarşı yönəlib”

Könül
"Aprelin 5-də Brüsseldə keçiriləcək ABŞ-Ermənistan-Avropa İttifaqı müştərək konfransı əslində hərbi paktdır və bu pakt regionda sabitliyə, sülhə qarşı yönəlib". 1news.az xəbər verir ki, bunu Milli Məclisin deputatı Könül Nurullayeva deyib. Deputat bildirib ki, ABŞ və Avropa regionu yeni fəlakətə sürükləyir.
"Görünən budur ki, Qafqazda ikinci Ukrayna ssenarisinin reallaşdırılması istiqamətində cəhdlər var və məqsəd regionda ikinci cəbhəni açmaqdır. Bu, Azərbaycana təzyiq və hərbi müdaxilə planının tərkib hissəsidir. Bununla Ermənistan revanşa həvəsləndirilir. Çünki ABŞ və Avropa Azərbaycanın öz ərazilərini azad etməsi, suverenliyini və ərazi bütövlüyünü bərpa etməsi ilə barışmaq istəmir. Halbuki Azərbaycanla Ermənistan arasında davam edən sülh prosesi rəsmi Bakı tərəfindən irəli sürülüb və biz münaqişədən sonrakı normallaşmanın bütün məsələlərində hər zaman konstruktiv mövqe nümayiş etdirmişik".
"Amma 44 günlük müharibədən sonra Qərb 3 il ərzində “humanitar fəlakət” bəhanəsi ilə Azərbaycan rəhbərliyinə qarşı təzyiq kampaniyası apardı. Xankəndidəki erməni azlıqlar üzərindən oyunlar quruldu, Avropalı siyasətçilərin Qarabağa qanunsuz səfərləri təşkil edildi, separatizm ən iyrənc formada dəstəkləndi" - deyə deputat əlavə edib:

"Lakin bunların heç biri nəticə vermədi. Azərbaycanın antiterror tədbirləri Qərbin planlarını alt-üst etdi. Bu səbəbdən indi Azərbaycana qarşı açıq şəkildə hərbi planlar qurulur. Kollektiv Qərb Ermənistanın əli ilə regionda münaqişə ocağı yaratmaq planlarını yeniləməkdədir. Bir sözlə, XX əsrin əvvəllərində olduğu kimi, yenə Ermənistandan alət kimi istifadə edilir. Rəsmi Bakının da bəyan etdiyi kimi, Avropa Sülh Fondu çərçivəsində Ermənistana hərbi yardımın göstərilməsi planları və aprelin 5-də keçiriləcək toplantı regionda sülh quruculuğu səylərinə xələl gətirir".

Seçilən
123
50
Mənbələr
Şərh ()
Bağla