AZ

Millinin sabiq oyunçusu yetirməsi olduğu komandanın başına keçdi

Yeddi llik aradan sonra fəaliyyətini bərpa edən və II Liqada mübarizə aparan «Şahdağ»ı bundan sonra kimin çalışdıracağı məlum olub.

Ötən ilin avqustunda futbol səhnəsinə qayıtmış Qusar təmsilçisi öz yetirməsinə - Rahid Əmirquliyevə tapşırılıb.

2023-cü ilin mayında Premyer Liqa ilə «Səbail»də vidalaşan, «Şahdağ»a oynayan məşqçi kimi dəvət olunan yarımmüdafiəçi mövsümün axırınadək sükan arxasında dayanacaq.

Bu müddət daha da uzana bilər. Əlbəttə, hər şey gedişatdan, yəni, nəticələrin necə olmasından asılıdır.

Millinin sabiq üzvü bunun üçün doğma rayonunun komandasını I Liqaya daşımalıdır.

Hazırda aktivində 10 qələbə və 5 heç-heçə olan şimal kollektivi 35 xalla turnir cədvəlinin 5-ci sırada yer alıb.

İki gün öncə «Şahdağ»ın baş məşqçi postunda dəyişiklik olub. Bəhram Şahquliyev vəzifəsindən istefa verib.

Buna səbəb Qusar təmsilçisinin II Liqanın 18-ci turunda aldığı məğlubiyyətdir.

«Azərenerji»ASC-nin sabiq prezidenti Etibar Pirverdiyevin maliyyələşdirdiyi komanda İmişlidə «Kür-Araz»a 1:3 hesabıyla uduzub.

Beləliklə, mövsüm ərzində 3-cü yenilgisini alan «Şahdağ» liderlər qrupunu tərk eləyib.

SPORTİNFO.AZ

phrase_var_article.chosen
18
1
phrase_var_article.sources
phrase_var_article.comment ()
phrase_var_article.close