AZ

Ombudsman Xankəndidə erməniəsilli sakinlərlə görüşüb

Ombudsman Xankəndidə erməniəsilli sakinlərlə görüşüb, həssas əhali qrupları üçün yaradılmış sığınacağa baş çəkib.

seher.media xəbər verir ki, Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) mandatı çərçivəsində ölkəmizdə yaşayan milliyyətindən, dinindən, dilindən, irqindən və digər mənsubiyyətindən asılı olmayaraq hər bir vətəndaşın hüquq və azadlıqlarının təmini məsələlərinə diqqət yetirir.

Ombudsman Xankəndi şəhərində erməniəsilli sakinlərlə görüşüb, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən həssas əhali qrupları üçün yaradılmış sığınacağa da baş çəkib.

O, müəssisədə, eləcə də müəssisədən kənarda yaşayan və xidmətlərdən faydalanan erməniəsilli sakinlərin hüquq və azadlıqlarının təmini vəziyyəti ilə maraqlanıb, Ombudsmanın səlahiyyətləri barədə ətraflı məlumat verib. Eləcə də psixoloq və sosial işçilər tərəfindən sakinlərə göstərilən sosial xidmətlər, qida təminatı monitorinq olunub.

Qəbul edilmiş şəxslərin müraciətləri dinlənilib və onlar göstərilən münasibətdən, yaradılmış şəraitdən razılıq ediblər.

Başçəkmə zamanı Ombudsmanın 24 saat fəaliyyət göstərən “916” çağrı mərkəzi barədə məlumatı özündə əks etdirən plakatlar müəssisəyə təqdim olunub.

Seçilən
24
20
Mənbələr
Şərh ()
Bağla