AZ

Türkiyənin vitse-prezidenti: Daxili istehlakın ifrat artımı ölkənin iqtisadi inkişafına zərbə vurur

Türkiyənin

Ankara, 28 mart, AZƏRTAC

Daxili istehlakın ifrat artımı ölkənin iqtisadi inkişafına zərbə vurur, habelə idxalın həcminin artmasını stimullaşdırır.

AZƏRTAC xəbər verir ki, bu barədə Türkiyənin vitse-prezidenti Cevdet Yılmaz İstanbulda sahibkarların qarşısında çıxış edərkən bildirib.

Onun sözlərinə görə, Türkiyə iqtisadiyyatı son 20 il ərzində orta hesabla ildə 5,4 faiz artıb. Siyasətçi əlavə edib: “Qlobal iqtisadiyyatın artım templəri son il ərzində 3,6 faiz təşkil edib, halbuki Türkiyənin analoji göstəricisi dünyanın orta artım rəqəmlərini 1,8 faiz üstələyib”.

Onun sözlərinə görə, Türkiyə hökumətinin vəzifələrindən biri daxili tələbatı tənzimləməkdir ki, bu da təkcə sosial rifahın göstəricisi deyil, həm də idxalı birbaşa stimullaşdıran amildir. “Türkiyənin inkişaf strategiyasının mühüm tərkib hissəsi kimi iqtisadi cəhətdən məqbul tələb səviyyəsini təmin etmək vacibdir”, - deyə C.Yılmaz izah edib.

O, eyni zamanda, ölkədə inflyasiyanın səviyyəsinin aşağı salınmasının vacibliyini də vurğulayıb. “Məqsədə nail olmaq üçün həm maliyyə, həm də pul rıçaqlarından, struktur islahatlarından istifadə olunur. Bu istiqamətdə qətiyyətli səylər davam etdiriləcək”, - deyə Türkiyənin vitse-prezidenti əmin edib.

Seçilən
26
50
Mənbələr
Şərh ()
Bağla