AZ

DTX təhlükəsizliyimizin qarantı, xalqımızın qürur yeridir

DTX

Bakı, 28 mart, AZƏRTAC

Bu gün Azərbaycan təhlükəsizlik orqanlarının yaradılmasının 105-ci ildönümü tamam olur. Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının sədr müavini, polkovnik Cəlil Xəlilov AZƏRTAC-a müsahibəsində Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) dövlət təhlükəsizliyinin təmin olunmasındakı həyati roluna diqqət çəkib: “Heç kimə sirr deyil ki, müasir dünyamızda təhlükəsizliyin rolu getdikcə artmaqdadır. Bu günlərdə Moskva vilayətində “Crocus City Hall” da baş vermiş terror aktı, bu terror aktı nəticəsində 100-dən çox insanın həlak olması faktı təhlükəsizlik amilinin nə dərəcədə önəmli olduğunu bir daha sübut etdi. Baş verən bu olay göstərdi ki, hazırkı dövrdə xüsusi xidmət orqanlarının öz ayıq-sayıqlıqlarını artırması, kəşfiyyat-informasiya şəbəkəsini genişləndirməsi ikiqat önəm kəsb edir.

Sevindiricidir ki, Azərbaycan DTX-si öz peşəkarlığına görə nəinki Cənubi Qafqaz regionunda, bütün dünyada ilk cərgələrdə qərarlaşıb. Bunu beynəlxalq təşkilatların mütəmadi şəkildə təqdim etdiyi hesabatlarda, reytinq siyahılarında da görmək mümkündür.

Xatırladım ki, bir müddət bundan əvvəl “Global Terrorism Index 2024” (GTI) Hesabatında Azərbaycan dünyanın ən yüksək antiterror reytinqində yer aldı. Bu faktın özü Azərbaycanda təhlükəsizlik amilinə necə böyük önəm verildiyini təsdiq edir. Bütün bunlar Prezident İlham Əliyevin rəhbərliyi ilə formalaşdırılan etibarlı təhlükəsizlik sisteminin uğurlu fəaliyyətinin nəticəsidir”.

O vurğulayıb ki, DTX təhlükəsizliyimizin qarantı, xalqımızın qürur yeridir. Xidmətin 44 günlük Vətən müharibəsində erməni işğalçılarına qarşı mübarizədə böyük fədakarlıqlar göstərdiyini vurğulayan polkovnik deyib: “Müharibə dönəmində düşmənə qarşı hərb meydanında qəhrəmancasına mübarizə aparan xüsusi xidmət orqanlarımızın əməkdaşları, düşmənin, eləcə də onun havadarlarının ölkə daxilində terror və təxribat törətmək planlarının da qarşısını qətiyyətlə aldı. DTX digər hüquq-mühafizə orqanları ilə birlikdə, bütün təhdid və təhlükələrin qarşısını elə ilkin hazırlıq mərhələsində aldı, düşmən qüvvələrə əl-qol açmağa imkan vermədi. Bu, bir daha DTX-nın peşəkarlığından, onun mövcud situasiyanı tam şəkildə nəzarətdə saxladığından xəbər verir”

phrase_var_article.chosen
157
24
phrase_var_article.sources
phrase_var_article.comment ()
phrase_var_article.close