AZ

Avstraliyada fövqəladə vəziyyət ediləcək

Avstraliyanın Alice Springs şəhərində fövqəladə vəziyyət elan ediləcəyi gözlənilir.

E-huquq.az xəbər verir ki, bu barədə "The Guardian" məlumat yayıb.

Məlumata görə, buna səbəb şəhərin bəzi bölgələrində zorakılıq və xaosun yaşanmasıdır.

Belə ki, şəhərdə yerləşən bir müəssisəyə aralarında gənclərin də olduğu bir qrup şəxsin hücum görüntüləri sosial mediada yayılıb.

Polis, hücumla əlaqəli 5 nəfəri saxlayıb.

Hücumda istifadə edilən 50-dən çox silah müsadirə edilib.

Bundan başqa şəhərin kənarındakı digər bir bölgədə də oxşar zorakılıq hadisələri yaşanıb.

Əyalət rəhbəri Eva Lawler, Alice Springsdə "fövqəladə vəziyyət" elan ediləcəyini və oxşar vəziyyətlərlə mübarizə aparmaq üçün polis sayının artırılacağını bildirib.

Lawler, şəhərdə 18 yaşından kiçik gənclərə 2 həftə ərzində hər gün saat 18.00-dan başlayaraq 12 saatlıq komendant saatı tətbiq ediləcəyini bildirib.

Şəbnəm Mehdizadə

phrase_var_article.chosen
107
48
phrase_var_article.sources
phrase_var_article.comment ()
phrase_var_article.close