AZ

Məşhur aktyorun əməliyyatdan sonrakı vəziyyəti - Açıqlama

"Yeşilcam"ın məşhur aktyoru Kadir İnanırın həyat yoldaşı Jülidə Kural aktyorun son vəziyyəti ilə bağlı məlumat verib.

Kulis.az xəbər verir ki, Kural bu barədə sosial şəbəkə hesabında yazıb:

"Dəyərli xalqım, maraqlandığınızı bildiyim üçün hamımızın çox sevdiyi Kadir İnanırın son durumu ilə bağlı məlumatı sizinlə bölüşmək istəyirəm. Bu gün səhər Kadir İnanırı ziyarət etdiyim zaman onun məni tanıması və əlimdən tutması kimi müsbət və şüurlu reaksiyaları oyanış prosesinin başlayacağına ümid verdi. Təbii ki, o, hələ də yorğundur, ona vaxt lazımdır. Əminəm ki, o, zəhmət və səbrlə bu çətin prosesin öhdəsindən gələcək. Həmişə dediyimiz kimi, Kadir İnanır güclüdür və mütləq bunu bacaracaq. Təbii ki, həkimlərin və səhiyyə işçilərinin səyləri və ona göndərdiyiniz xoş hisslərin gücü ilə. Kadir İnanırın bu torpaqda yaşayan hər təbəqədən olan insanların qəlbində necə yer tutduğunu bilən biri kimi anlayıram ki, şərəfli, prinsipial və orijinal bir həyatın mükafatı həmişə böyük sevgidir... Yaxşı ki!"

Qeyd edək ki, Beykozdakı evində qəfil halı pisləşən Kadir İnanır martın 24-ü xəstəxanaya aparılmışdı.

Seçilən
12
19
Mənbələr
Şərh ()
Bağla