AZ

"Azərsu" barəsində tərtib olunan inzibati protokola bu tarixdə baxılacaq

"Azərsu" ASC-yə yazılan inzibati protokola baxılacaq tarix açıqlanıb.

 

Pravda.az-ın xəbərinə görə, baxış iclası Səbail Rayon Məhkəməsinin hakimi Azər Tağıyevin sədrliyi ilə aprelin 5-də keçiriləcək. 

 

Qeyd:  Protokol müvafiq qurum tərəfindən İnzibati Xətalar Məcəlləsinin 264.0.1-ci (Su obyektlərinin çirklənməsinin, zibillənməsinin və suların zərərli təsirinin qarşısını alan qurğuları və avadanlıqları olmayan müəssisələrin, kommunal və digər obyektlərin istismar edilməsinə görə fiziki şəxslər altı yüz manatdan min manatadək məbləğdə, vəzifəli şəxslər iki min beş yüz manatdan dörd min manatadək məbləğdə, hüquqi şəxslər yeddi min beş yüz manatdan on min manatadək məbləğdə cərimə edilir) maddəsinə əsasən tərtib olunub.

 

Xəyal Quliyev

Tarix: 28 Mart 2024, 13:02   
Seçilən
21
1
Mənbələr
Şərh ()
Bağla