AZ

FHN Sumqayıtda qanunsuz tikilini SÖKDÜVİDEO

Fövqəladə Hallar Nazirliyinin Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyi tərəfindən səlahiyyətlərinə uyğun olaraq respublika ərazisində qanunsuz tikintilərlə bağlı müvafiq tədbirlərin həyata keçirilməsi davam etdirilir.

Xezerxeber.az FHN-ə istinadən xəbər verir ki, bu çərçivədə, Sumqayıt şəhəri, 9-cu mikrorayon ərazisində çoxmərtəbəli yaşayış binasının birinci mərtəbəsində yerləşən qeyri-yaşayış obyektinin qarşısında qanunsuz tikinti işlərinin aparılması faktı aşkar edilib. FHN-in Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyi tərəfindən Dövlət Şəhərsalma və Arxitektura Komitəsi, Əmlak Məsələləri Dövlət Xidməti və Sumqayıt Şəhər İcra Hakimiyyətinin nümayəndələrinin iştirakı ilə həyata keçirilən tədbirlər nəticəsində qanunsuz tikili sökülüb.

Seçilən
128
49
Mənbələr
Şərh ()
Bağla