AZ

“Lifttəmir”in direktoruna şiddətli töhmət elan edildi - Barəsində qərar veriləcək

Bakı. Trend:

Bakı Şəhər İcra Hakimiyyətində paytaxtın təsərrüfat xidmətlərirəhbərlərinin iştirakı ilə geniş tərkibli müşavirə keçirilib.

Bakı Şəhər İcra Hakimiyyətinin Mətbuat Xidmətindən Trend-əverilən məlumata görə, müşavirədə paytaxtın çoxmərtəbəli yaşayışbinalarında mövcud lift təsərrüfatının vəziyyəti təhlil edilib.

Qeyd edilib ki, Prezident İlham Əliyevin diqqət və qayğısınəticəsində son illərdə paytaxtda, istismar müddəti bitmiş,sovetlər dövründən qalma mindən çox lift müasir liftlərlə əvəzedilib və bu istiqamətdə işlər davam etdirilir:

"Bununla yanaşı şəhərin lift təsərrüfatında müəyyən problemlərqalmaqdadır və təcili müdaxilələrə zərurət yaranıb.

Müşavirədə Bakı şəhər “Lifttəmir” İstehsalat Birliyininfəaliyyəti ciddi tənqid edilib. Qeyd edilib ki, martın 26-daBinəqədi rayonunda baş vermiş hadisə ilə bağlı Bakı Şəhər İcraHakimiyyətində komissiya yaradılıb və hüquq-mühafizə orqanları iləbirgə Bakı şəhər “Lifttəmir” İstehsalat Birliyinin fəaliyyətininhərtərəfli yoxlanılması aparılır.

Yol verilən nöqsanlara görə Bakı şəhər “Lifttəmir” İstehsalatBirliyinin direktoru Xalid Ələkbərova şiddətli töhmət elan edilibvə Komissiyanın yekun rəyinə əsasən onun tutduğu vəzifədəqalıb-qalmayacağına dair qərar veriləcəyi qeyd edilib.

Eyni zamanda “Bakımənzilavtomat” İxtisaslaşdırılmış İstehsalatİdarəsinin rəisi İlham Hüseynov və Binəqədi rayon Mənzil KommunalTəsərrüfat Birliyinin rəisi Elmin Zamanov isə araşdırma müddətindəvəzifələrindən kənarlaşdırılıblar. Həmçinin Binəqədi rayontəsərrüfat xidmətlərinin rəhbərlərinə xəbərdarlıq edilərək rayonrəhbərliyinə onların şəxsi məsuliyyət məsələsinə baxılması tövsiyəedilib.

Müşavirədə həm də Bakı şəhərində aparılan abadlıq-quruculuqişlərinin vəziyyəti müzakirə edilib. Bildirilib ki, paytaxtımız sonillərdə böyük sayda beynəlxalq tədbirlərə ev sahibliyi edir.Bununla əlaqədar abadlıq-quruculuq işlərinin daha dagücləndirilməsinə dair müvafiq tapşrıqlar verilib və şənbə günüpaytaxt ərazisində geniş iməclik və ağacəkmə aksiyalarınınkeçirilməsi qərara alınıb".

Qeyd edək ki, 26 mart 2024-cü il tarixində Bakı şəhəri, Binəqədirayonu, Biləcəri qəsəbəsi, Yahya Hüseynov küçəsində yerləşənyaşayış binasında baş vermiş bədbəxt hadisə ilə bağlı Bakı Şəhərİcra Hakimiyyətində komissiya yaradılmış və hadisə komissiyatərəfindən araşdırılır. Məsələ ilə əlaqədar Binəqədi rayonu, 107saylı Mənzil Kommunal İstismar Sahəsinin rəisi Rüfət Süleymanovtutduğu vəzifədən azad edilib, Bakımənzilavtomat ixtisaslaşdırılmışistehsalat idarəsinin rəisi İlham Hüseynov və Binəqədi rayon MənzilKommunal Təsərrüfat Birliyinin rəisi Elmin Zamanov isə araşdırmamüddətində vəzifələrindən kənarlaşdırılıb.

Seçilən
14
45
Mənbələr
Şərh ()
Bağla