AZ

Zaxarovadan Azərbaycan mesajı – “Yeni bölücü xətt yaradılır”

Aprelin 5-nə planlaşdırılan Ermənistan-Avropa Birliyi-ABŞ görüşü Moskvada narahatlıq doğurur. Çünki Vaşinqton və Brüssel İrəvanın anti-Rusiya oriyentasiyasından açıq şəkildə danışır.

Teleqraf.com xəbər verir ki, bunu Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova deyib.

“Vaşinqton, Brüssel və İrəvanda özlərini elə göstərirlər ki, guya aprelin 5-də gözlənilən yüksək səviyyəli Ermənistan-Avropa Birliyi-ABŞ görüşünün nəyə görə çoxları arasında narahatlığa səbəb olduğunu və bununla niyə maraqlandıqlarını bilmirlər. Heç bir üçüncü tərəfə qarşı yönəlmədiyi qeyd edirlər. Belə hadisələr Rusiyada narahatlıq doğurur, çünki ABŞ və Avropa Birliyi nümayəndələri tərəfdaşlarımıza birbaşa deyirlər ki, onların əsas diqqəti yalnız Rusiyaya qarşı yönəlib. Açıq mətnlə belə söyləyirlər”, - diplomat vurğulayıb.

Zaxarovanın sözlərinə görə, bu cür görüşlər regionun əksər ölkələrində narahatlıq doğurur, çünki onlar Azərbaycanla Ermənistan arasında sülhün əldə edilməsinə yox, Cənubi Qafqazda yeni bölücü xətlərin yaradılmasına yönəlib.

Diplomat qeyd edib ki, Qərb region ölkələrini anti-Rusiya gündəmini qəbul etməyə zorlamağa, onların Moskva ilə çoxəsrlik əlaqələrini pozmağa, eləcə də mövcud regional təhlükəsizlik və iqtisadi əməkdaşlıq mexanizmlərini zəiflətməyə çalışır.

“Rəsmi İrəvanın guya söhbətin nədən getdiyini anlamaması ciddi sualdır. Ermənistan bütün dünyanın gözü qarşısında kollektiv Qərbin erməni xalqının köklü maraqları ilə tamamilə zidd olan son dərəcə təhlükəli planlarının həyata keçirilməsi alətinə çevrilir”, - Zaxarova əlavə edib.


Müəllif: Mənsur Rəğbətoğlu
phrase_var_article.chosen
16
phrase_var_article.sources
phrase_var_article.comment ()
phrase_var_article.close