AZ

ABŞ-ın birinci xanımı uşaqlar üçün kitab yazıb

ABŞ-ın birinci xanımı Jill Bayden özünün ağ ev pişiyi Uillou haqqında uşaqlar üçün şəkilli kitab yazıb. Kitab iyun ayında nəşr olunacaq.

Simon & Schuster şirkəti elan edib ki, “Ağ Ev pişiyi Uillou” kitabında qısa saçlı zolaqlı pişiyin Pensilvaniya prospekti, 1600-də necə peyda olması ilə bağlı bəhs edilib.

Ağ Ev əvvəllər bildirib ki, 2020-ci il prezident seçkiləri kampaniyası zamanı Jill Bayden Pensilvaniya ştatında fermada danışarkən pişik səhnəyə tullanıb. Pişiyin bu hərəkəti birinci xanımı heyran edib. Bayden daha sonra pişiyi özünə götürüb və ona doğma şəhəri, Pensilvaniya ştatının Uillou-Qrouvun şərəfinə Uillou adını verib.

Uillou Baydenlərin hələ də Ağ Evdə yaşayan yeganə ev heyvanıdır. Onların üç alman iti var idi. Çempion adlı it 2021-ci ildə vəfat edib. Digər iki itlər - Mayor və Komandor isə zorakı davranış nümayiş etdirdikdən sonra, o cümlədən Gizli Xidmət agentlərini və Ağ Ev işçilərini dişlədikdən sonra yola salınıblar.

Bəxtiyar CƏFƏRLİ

Seçilən
14
Mənbələr
Şərh ()
Bağla