AZ

Əqli Mülkiyyət Agentliyi ötən il 2 milyon manata yaxın gəlir əldə edib

Əqli Mülkiyyət Agentliyi ötən il 1 milyon 902 min 473 manat gəlir əldə edib.

"Report" xəbər verir ki, bu barədə qurumun 2023-cü ilə dair hesabatında qeyd edilib.

Bildirilib ki, hesabat ilində agentliyin “Dövlət rüsumu haqqında” qanununda nəzərdə tutulan xidmətləri göstərdiyinə və hüquqi hərəkətləri həyata keçirdiyinə görə dövlət büdcəsinə 224 min manat dövlət rüsumu köçürülüb.

Agentlik qanunvericiliklə müəyyən edilmiş xidmətlərin göstərilməsinə və digər işlərin görülməsinə görə 2023-cü ildə daxil olan xidmət haqlarının məbləği 4 milyon 760 min 875 manat, xərclər isə 2 milyon 858 min 402 manat olub. Beləliklə, Əqli Mülkiyyət Agentliyinin gəlirləri 1 milyon 902 min 473 manat təşkil edib. Bu da 2022-ci illə müqayisədə 237 min 826 manat çoxdur.

phrase_var_article.chosen
74
2
phrase_var_article.sources
phrase_var_article.comment ()
phrase_var_article.close