AZ

Köçəryan: “Sülh üçün bir yoldan keçmək lazımdır”

Köçəryan:

“Sərhəd çəkilməli və sərhəd qoşunları bu bölücü xətt üzərində dayanmalıdır”.

Reyting.az
xəbər verir ki, bunu Ermənistan parlamentinin Milli müdafiə və təhlükəsizlik komissiyasının sədri Andranik Köçəryanhazırda Ermənistanın nəzarətində olan Azərbaycana məxsus dörd kənd ətrafındakı vəziyyətdən danışarkən bildirib.

“Seyran Ohanyan yüksək səslə Tavuş sakinlərinə hansı təhlükələrin ola biləcəyini izah edir. Yaxşı olardı, Seyran Ohanyan həm də eyni tonda izah etsin ki, biz sülhə aparan məntiqə əməl etməsək, nələr baş verə bilər: bizim olan bizimdir, onlara aid olan isə onlarındır”, - deyə A. Köçəryan əlavə edib.

Komissiya sədri deyib ki, sülh üçün bir yoldan keçmək lazımdır.

Petros Kazaryanın azərbaycanlıların götürdüklərini geri qaytarmaması ilə bağlı sözlərinə cavab olaraq Köçəryan deyib: “Biz də çox şey götürdük, geri verməyəcəyimizi söylədik və nə oldu? Bu, son nəticədə beynəlxalq hüquqa əsaslanmalıdır”.

ELÇİN
phrase_var_article.chosen
70
30
phrase_var_article.sources
phrase_var_article.comment ()
phrase_var_article.close