AZ

Mərkəzi Bankdan uçot dərəcəsi ilə bağlı QƏRAR - YENİ DƏRƏCƏLƏR

Azərbaycan Mərkəzi Bankının (AMB) İdarə Heyəti uçot dərəcəsini növbəti dəfə endirib. 


Sfera.az AMB-yə istinadən xəbər verir ki, uçot dərəcəsi 7,75%-dən 7,5%-ə, faiz dəhlizinin yuxarı həddi 8,75%-dən 8,5%-ə salınıb. Faiz dəhlizinin aşağı həddi isə 6,25% səviyyəsində dəyişməz saxlanılıb.


AMB-nin faizləri endirməkdə məqsədi monetar (pul-kredit) şəraitin yumşaldılmasıdır. Azərbaycanda bu il inflyasiya səviyyəsinin proqnozlaşdırılan həddə (2-6 faiz) uyğun olması faizlərin endirilməsini zəruri edib. Mərkəzi Bankın son iclasından keçən müddətdə illik inflyasiya tempi bir qədər də azalıb. 2024-cü ilin fevralında 12 aylıq inflyasiya 0,8%, 12 aylıq baza inflyasiya isə 1,4% təşkil edib. İllik ərzaq deflyasiyası 0,3%, qeyri-ərzaq inflyasiyası 1,4%, xidmətlər inflyasiyası 2,3% olub.


AMB bildirib ki, aşağı həddin dəyişməz saxlanılması isə faiz dəhlizinin eninin optimallaşdırılmasına xidmət edir: “Faiz dəhlizinin bu parametrləri müəyyənləşdirilərkən onların banklararası pul bazarındakı faizlərə təsir miqyası da nəzərə alınıb”.


Qeyd edək ki, əgər mövcud inflyasiya səviyyəsi növbəti aylarda da qalarsa, böyük ehtimalla AMB faizləri bir qədər də endirəcək. 


Vasif


 

phrase_var_article.chosen
34
18
phrase_var_article.sources
phrase_var_article.comment ()
phrase_var_article.close