AZ

“KTMT-dən çıxmaq istəyirsiniz, hara gedəcəksiniz Türkiyəyə?”

“Mən həmişə Ermənistanın KTMT-yə üzv olmasının tərəfdarı olmuşam və indi də tərəfdarıyam”.

KONKRET.az xəbər verir ki, bu barədə Ermənistan parlamentinin keçmiş spikeri Eduard Şarmazanov özünün Telegram kanalında yazıb.

O bildirib ki, Rusiya ilə zamanın sınağından çıxmış müttəfiqliyi Qərbin qeyri-müəyyən vədləri ilə dəyişmək Ermənistan Respublikasının təhlükəsizliyi üçün zərbədir.

“KTMT və Rusiya Federasiyasının təhlükəsizliyimizin təmin edilməsində rolunu danmaq olmaz. Amma 2018-ci ildən sonra Ermənistan Respublikasının anti-erməni hökmdarları dövlətimizin təhlükəsizliyini zəiflətmək üçün hər şeyi etdilər. Belə bir fikir var ki, rəsmi İrəvan qərblilərin təlqininə uyaraq öz xarici siyasət xəttini yenidən formatlamağa çalışır. Moskva ilə zamanın sınağından çıxmış müttəfiqliyi hətta Qərbdən konkret yardım üçün deyil, yalnız qeyri-müəyyən vədlər üçün dəyişmək siyasi axmaqlıqdır”, – deyə Şarmazanov qeyd edib.

O bildirib ki, bugünkü böhranın əsas günahkarı Paşinyan rejimidir.

“KTMT-dən çıxmaq çağırışları rədd edilməlidir. Mənim Nikol Paşinyana sualım var. KTMT-dən çıxmaq istəyirsiniz və hara gedəcəksiniz Türkiyəyə? “Qeyd etmək istərdim ki, Rusiya və KTMT-yə alternativ yoxdur və Ermənistan-Rusiya alyansına qarşı çıxanlar faktiki olaraq erməni xalqının milli maraqlarına və Ermənistan Respublikasının dövlət maraqlarına qarşı çıxırlar”, – deyə Şarmazanov əlavə edib.

Günel Mikayılova,

KONKRET.az

Seçilən
83
Mənbələr
Şərh ()
Bağla