AZ

Karamanda silahlı incident: İki köhnə düşmən qarşılaşdı - FOTO

Türkiyənin Karaman vilayətində məhkəmə binası qarşısında silahlı insident yaşanıb.

Nəticədə bir nəfər ayağından yaralanıb.

Binanın giriş qapısı önündə aralarında köhnə düşmənçilik olduğu iddia edilən iki şəxs qarşılaşıb. Onlardan biri belindən çıxardığı silahla digərinə atəş açıb və ayağından yaralayıb.

Hadisəyə məhkəmə binası qarşısında növbətçilik edən polis əməkdaşları dərhal müdaxilə ediblər və cinayətin qarşısını alıblar. Atəş açan şəxs saxlanılıb və nəzarət altına alınıb.

Yaralı şəxs isə təcili yardım maşını ilə xəstəxanaya aparılıb və vəziyyətinin yaxşı olduğu bildirilib.

Hadisə ilə bağlı araşdırmalara başlanılıb.

Mənbə: Haber Global

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
187
45
oxu.az

10Mənbələr