AZ

Ukrayna ordusuna ağır zərbə – Rus ordusu hərəkətə keçdi

Çasovıy Yar yaxınlığında Ukrayna Silahlı Qüvvələrinin (AFU) zirehli texnikası və şəxsi heyətindən ibarət kolonna məhv edilib.

NOCOMMENT.az xəbər verir ki, bu barədə TASS-a Donetsk Xalq Respublikası (DXR) rəhbərinin müşaviri İqor Kimakovski bildirib.

“Rusiya qoşunları Çasovıy Yar yaxınlığında Ukrayna silahlı qüvvələrinin zirehli texnikası və şəxsi heyətinin kolonnasını əhatə edib. Düşmən gizlənməyə çalışdı, amma alınmadı”, – deyə Kimakovski bildirib.

Kimakovskinin sözlərinə görə, Rusiya Silahlı Qüvvələrinin dəqiq zərbələri nəticəsində bir neçə zirehli texnika və iyirmiyə yaxın hərbi qulluqçu məhv edilib.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
226
21
nocomment.az

10Mənbələr