AZ

Murad Vəliyev “Nomme Yunayted”də debüt etdi

21 yaşadək futbolçulardan ibarət Azərbaycan millisinin (U-21) yarımmüdafiəçisi Murad Vəliyev “Nomme Yunayted”də debüt matçına çıxıb.

Arena.az xəbər verir ki, bu gün Estoniya çempionatında 2024-cü il mövsümünə start verilib.

Mövsümün açılış oyunu “Flora” ilə “Nomme Yunayted” arasında baş tutub. “Flora” doğma meydanda qarşılaşdığı bu rəqibi üzərində inamlı qələbəyə sevinib – 2:0.

“Nomme Yunayted”ə fevral ayında qoşulmuş Vəliyev də yeni komandasının heyətində ilk rəsmi matçına çıxıb. O, start heyətdə başladığı debüt matçının sonunadək meydanda qalıb.

Qeyd edək ki, Murad Vəliyev müqavilə ilə Estoniyanın “Levadiya” klubuna məxsusdur. Sağ cinah vingeri olan 21 yaşlı azərbaycanlı futbolçu 2024-cü ilin 31 dekabrına kimi “Nomme Yunayted”də forma geyinəcək.

Murad Latviyanın “Kalev” klubunun yetirməsidir. O, Almaniyanın “Rozenhaym” və “Bad Aiblinq” klublarının aşağı yaş qrupları üzrə komandalarında da oynayıb. 2022-ci ilin yanvar ayından “Levadiya”da çıxış edən vinger bu klubun əsas komandasında 46 oyun keçirib, 2 qol və 3 məhsuldar ötürmə ilə yadda qalıb.

Murad Estoniyanın U-16 və U-18 yığmalarında oynasa da, 2022-ci ildən Azərbaycanın U-21 millisinə dəvət alır. O, yığmamızda 9 oyun keçirib və 1 qola imza atıb.

Sonda onu da qeyd edək ki, 2000-ci ildə yaradılmış “Nomme Yunayted” bu mövsüm tarixində ilk dəfə Estoniya çempionatında çıxış edir.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
127
2
arena.az

10Mənbələr