AZ

“Xəmsə” “Kəpəz”in oyununa niyə gecikib? - İZAH

“Kəpəz” – “Qəbələ” (2:1) matçında bir məqam gözdən qaçmadı.

Gəncə təmsilçisinin “Xəmsə” azarkeş qrupu hakimin start fitindən təxminən 2-3 dəqiqə sonra polis yoxlamasından keçərək tribunadakı yerini tutdu. Təxminən 7-ci dəqiqədən etibarən şüarlar səsləndirməklə komandalarına dəstək oldular. Gecikmənin səbəbini öyrənmək üçün “Xəmsə” azarkeş qrupunun rəhbəri Aqşin Əsgərovla danışdıq:

“Bəli, təxminən 5 dəqiqə gecikmə oldu. Elə bir ciddi səbəb yoxdu. Sadəcə, gəldiyimiz avtomobil hava şəraitinə görə aşağı sürətlə hərəkət elədi. Başqa ciddi səbəb ola bilməz”.


Xatırladaq ki, stadionunun təmirdə olması üzündən “Kəpəz” ev oyunlarını Qəbələdə keçirir.

KAMAL SƏFƏR
Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
105
football-plus.az

1Mənbələr