AZ

Rusiyada ermənidən dəhşətli qətl: Nigeriyalı iş adamını güllələdi: ANBAAN VİDEO

Rusiyanın Krasnodar vilayətində Andronik Qriqoryan adlı erməni nigeriyalı iş adamını güllələyib.

Həmidu Yakubu adlı nigeriyalı iş adamının öldürülmə görüntüləri anbaan kameralara əks olunub. Kadrlarda Andronik Qriqoryanın iş adamını gözlədiyi və ona iki dəfə atəş açdığı görünür.

İlkin ehtimallara görə, Qriqoryan Həmidu Yakubunu borca görə öldürüb. Qriqoryanın ona yeddi milyon rubl borcu olub və borcun müqabilində girov qoyulmuş evini qaytarmaq istəyib.

Məlumata görə, aqrar universiteti bitirərək doktorluq dissertasiyası müdafiə edən Həmidu Yakubu Kalininskaya kəndində buğda və günəbaxan əkini ilə məşğul olub. Həmçinin Timaşevski yağ zavodunun tədarükçülərindən biri olub. Eyni zamanda bölgədə məşhur “Havana” gecə klubunun və şəhərdəki bir neçə başqa şirkətin sahibi olub. 

Bir neçə il əvvəl Qriqoryan Yakubudan və onun biznes ortağından yeddi milyon rubl borc alıb və uzun müddət qaytarmayıb. O zaman öldürülən iş adamı sövdələşmə təklif edib. Qriqoryanın yarımtikili evini öz adına keçirib, sataraq pulunu götürüb, arada qalan fərqi isə qaytarıb. Qriqoryan evini itirəndən sonra Həmidunu təqib edərək onu hədələyib.

Sonunda onun olduğu məkanda çıxmasını gözləyib və of tüfəngi ilə Yakubuya atəş edib. İş adamı təcili yardım gələnə qədər həyatını itirib.  

Yaxınlarının dediyinə görə, qatil evini itirdiyi üçün çox kədərlənib və onu qaytarmaq istəyib.

Mənbə: Mash.ru

Seçilən
65
32
Mənbələr
Şərh ()
Bağla