AZ

BMT-nin humanitar yardım karvanı Qəzza zolağına çatdı

Bir həftədən artıq müddətdə ilk dəfə olaraq BMT-nin humanitar yardım karvanı Qəzza zolağının şimal hissəsinə çatıb və BMT təşkilatları Əl-Şifa xəstəxanasına dərman və yanacaq çatdırıb. 

Redaktor.az "TASS"a istinadən xəbər verir ki, bu barədə dünya təşkilatının rəhbərinin rəsmi nümayəndəsi Stefan Düjarrik brifinqdə məlumat verib.

 "Komanda Qəzzada Əl-Şifa xəstəxanasına baş çəkib. Onlar tibb müəssisəsinin fəaliyyətini təmin etmək üçün dərman, peyvənd və yanacaq gətiriblər. Bir həftədən artıq müddətdə ilk dəfə olaraq, Qəzza zolağının şimal hissəsinə yardım çatdıra bilir”.

Yusif EYVAZLI

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
54
redaktor.az

1Mənbələr