AZ

Avropa İttifaqı Macarıstana 2 milyard avro ayırıb

Avropa
Macarıstan təhsil və gender bərabərliyi ilə bağlı şərtləri yerinə yetirdikdən sonra Avropa Komissiyası bu ölkəyə vəsait ayırmaq qərarına gəlib.

Reyting.az
-ın xəbərinə görə, bu barədə “Bloomberg”-ə Avropa Komissiyasının nümayəndəsi Stefan de Keersmaker məlumat verib.

Xatırladaq ki, ötən ilin dekabr ayının 13-də Avropa İttifaqı (Aİ) ərazilərin inkişafı üçün istifadə olunacaq birlik fondundan Macarıstana 10,2 milyard avro köçürəcəyini açıqlamışdı. Eyni zamanda, Brüssel Budapeştin hələ də bütün şərtləri yerinə yetirmədiyini iddia edərək, təxminən 20 milyard avronu bloklamağa davam etmişdi.

Macarıstan bu vəsaitləri almağa çalışır və Aİ rəhbərliyini siyasi səbəblərə görə onları saxlamağa çalışmaqda ittiham edir, çünki Brüssel müstəqil Macarıstan siyasətini, o cümlədən Ukrayna münaqişəsinə yanaşmasını bəyənmir.

E. KAMAL
Seçilən
85
3
Mənbələr
Şərh ()
Bağla