AZ

Finlandiya prezidenti əsl nüvə çəkindiricilərinə sahib olmaq istədiyini söyləyib

Finlandiyanın yeni prezidenti Alexander Stubb rəsmi olaraq vəzifəsinin icrasına başladıqdan sonra ölkənin nüvə hücumunun qarşısının alınması üçün real vasitəyə sahib olmaq istədiyini söyləyib. Bu barədə Reuters xəbər verib.“Mən Finlandiyada əsl nüvə çəkindirici vasitəmizin olması ilə başlayardım. Bizdə belə şey var, çünki NATO üzvlüyümüz vasitəsilə bizə əsasən üçtərəfli çəkindirici qüvvə verir”, Stubb bildirib.Finlandiyanın yeni prezidenti qeyd etdiyi üç vasitənin adını çəkib. O, bu vasitənin birincisi hərbi qulluqçular, ikincisi sursat və üçüncüsü ABŞ-ın ölkəyə verdiyi nüvə hücumun qarşısının alınması vasitələri olduğunu qeyd edib.Bundan əvvəl Alexander Stubb potensial Rusiya təhlükəsinə qarşı çıxmaq üçün NATO çərçivəsində əməkdaşlığı genişləndirmək niyyətində olduğunu vurğulamışdı.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
135
6
afn.az

9Mənbələr