AZ

Məşhur şirkətin gəlirləri azalıb

HP, üç aylıq dövr üçün balans hesabatını açıqlayıb.

Valyuta.az xəbər verir ki, hesabatda görə şirkətin gəlirləri illik bazda 4,4 faiz azalaraq 13,2 milyard dollara düşdüyü bildirilib. Analitiklərin gözləntiləri şirkətin 13,6 milyard dollar gəlir əldə etməsi idi.

Şirkətin xalis mənfəəti isə 33 faiz artaraq 622 milyon dollara çatıb. 2023-cü maliyyə ilinin birinci rübündə 73 sent olan HP-nin səhmlərinin qiyməti bu ilin eyni dövründə 81-ə yüksəlib.

Şirkətin maliyyə nəticələri ilə bağlı bəyanatında yer alan HP-nin Baş İcraçı Direktoru Enrike Lores, bu dövrdə yaxşı mənfəət artımı gördüklərini və bazarın bərpası ilə böyüməni sürətləndirmək üçün yaxşı vəziyyətdə olduqlarını bildirib.

Elmir

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
193
38
valyuta.az

10Mənbələr