AZ

ABŞ böyük müharibəyə hazırlaşır - "Geri çəkilirik"

ABŞ ordusu mümkün böyük müharibəyə hazırlaşır.


Sfera.az xəbər verir ki, bu barədə Associated Press məlumat yayıb.


Məlumatda qeyd olunur ki, bu məqsədlə yenidənqurma işləri aparılır: hava hücumundan müdafiə və anti-UAS bölmələri kimi tələb olunan vəzifələr üçün 7,500 hərbi personalın cəlb edilməsi, kiber, kəşfiyyat və uzun mənzilli zərbələr sahəsində təkmilləşdirilmiş imkanlara malik dünya üzrə beş yeni əməliyyat qrupunun cəlbi.
 

"Biz terrorizm və qiyamla mübarizədən geri çəkilirik. Biz genişmiqyaslı döyüş əməliyyatlarına hazır olmaq istəyirik”, - deyə ordu naziri Kristin Uormut izah edib.


Qeyd edək ki, ABŞ ordusunun hazırkı strukturunda 494 000-ə qədər əsgər ola bilər. Hazırda 445 min nəfər hərbi xidmətdədir, amerikalılar yaxın beş ildə bu rəqəmi 470 minə çatdırmaq istəyirlər.

 

İnci

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
82
sfera.az

1Mənbələr