AZ

İki sərxoş Sankt-Peterburq sakini pəncərədən atəş açırmış...

...Atışma Sankt-Peterburqdakı evlərdən birinin həyətində baş verib. Polis iki şübhəli şəxsi saxlayaraq onlara qarşı cinayət işi açıb.

SİA xəbər verir ki,Daxili İşlər Nazirliyinin Sankt-Peterburq üzrə Baş İdarəsinin mətbuat xidmətindən verilən məlumata görə, hadisə fevralın 28-də axşam saatlarında Marşal Zaxarova küçəsində yerləşən evdə baş verib.

Belə ki, 36 yaşlı mühəndis Krasnoselski rayon polisi ilə əlaqə saxlayıb və qonşusunun mənzilinin pəncərəsindən atəş açdığını bildirib.

Hadisə yerinə gələn polis əməkdaşları və Milli Qvardiya əməkdaşları atəş açan şəxsin mənzilinin qapısını açaraq 39 və 38 yaşlı iki sərxoş kişini saxlayıblar.

Müəyyən edilib ki, dostlar mənzilin pəncərəsindən soyuq silahlardan yüngül səs çıxaran patronlarla atəş açıblar. Nəticədə Peterburq sakinləri Rusiya Federasiyası Cinayət Məcəlləsinin 213-cü (xuliqanlıq) maddəsi ilə cinayət məsuliyyətinə cəlb ediliblər.

Polis əlavə edib ki, silah və sursat götürülüb.

Nazlı

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
116
sia.az

1Mənbələr