AZ

Azov dənizində Rusiya kateri yandı

Ukraynanın Baş Kəşfiyyat İdarəsi Azov dənizində Rusiya FTX sərhəd xidmətinin sahil mühafizə katerinin yandığını xəbər verib.

Editor.az bildirir ki, bu barədə BKİ-nin mesajında deyilir. Kəşfiyyat Rusiya hərbçilərinin yanğınla bağlı 29 fevral tarixli radio dinləməsinin səs yazısını yayımlayıb. Onlar yanan katerdən bildiribər ki, yanğın Rusiya gəmisinin sürət qutusundan yayılıb və təcili yardım briqadası, yanğın nasosları və helikopter lazımdır.

Daha sonra isə”həlak olanların sayının 5-ə yüksəldiyini” xəbər veriblər. Səs yazısında katerin tipini göstərilmir. “Düşmənin itkilərinin xarakteri aydınlaşdırılır”, – kəşfiyyat rəsmiləri bildiriblər.

//Samir Qurbanov, Editor.az

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
189
50
editor.az

10Mənbələr