AZ

Mauro İkardi və Vand Nara jurnalistdən təzminat aldılar

Son günlərdə aldığı cəza səbəbilə gündəmdə olan “Qalatasaray”ın hücumçusu Mauro İkardi məhkəmə qərarı ilə təzminat qazanıb.

Arena.az xəbər verir ki, bir müddət əvvəl italyan jurnalist Fabrisio Korona Vanda Naranın Mauro İkardiyə xorvat oyunçu Marselo Brozoviçlə xəyanət etdiyini iddia edən xəbər yayımlamışdı.

Bu üzdən İkardi və Vanda jurnalisti məhkəməyə vermişdilər. Uzun müddətdir davam edən məhkəmənin qərarı bəlli olub. Hakim Angela Skalisenin qərarına əsasən, Fabrisio Korona, İkardi və Vanda Naraya 7500 avro, Brozoviçə 5000 avro təzminat ödəyəcək. Üstəlik, jurnalist 1500 avro cərimə də ödəyəcək.

Brozoviçin vəkili Danilo Boncorno verdiyi açıqlamada “Cəzadan razıyıq. Ona da müvəqqəti təzminat ödəmək tapşırılıb və sonradan mülki işlərdə təzminat tələb etmək hüququmuzu özümüzdə saxlayırıq”, deyib.

Koronanı müdafiə edən vəkil İvano Kyeza da bu qərarı şərh edib: “1500 avroluq cərimə məni qane etmir. Amma apellyasiyaya müraciət etsək də, pul cəzası yenə də yaxşıdır”.

Xatırladaq ki, Mauro İkardi 3:0 hesabı ilə bitən “Ankaragücü” ilə səfər oyunu zamanı tribunaya qarşı etdiyi hərəkətə görə 19500 lirə pul cəzası və 1 oyunluq diskvalifikasiya cəzası alıb. Bu üzdən də o, 1:0 hesabı ilə qalib gəldikləri “Antalyaspor”la səfər oyununu tribunadan izləmək məcburiyyətində qalıb.

Bahar Rüstəmzadə

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
128
arena.az

1Mənbələr