AZ

Juninyo “Neftçi”yə qarşı oynaya bilər

Premyer Liqanın 23-cü turunun "Qəbələ" ilə təxirə salınmış matçında (4:0) zədələnən "Qarabağ"ın futbolçusu Juninyo Olavionun durumu məlum olub. 

Bizim Media xəbər verir ki, klubdan verilən məlumata görə braziliyalı hücumçunun zədəsi ciddi deyil.

27 yaşlı forvard 25-ci turun "Neftçi" ilə oyununa qədər müşahidə altında olacaq. "Sambaçı"nın Azərbaycan derbisində oynayıb-oynamayacağı matç günü bəlli olacaq.

Qeyd edək ki, "Neftçi" - "Qarabağ" qarşılaşması martın 3-də keçiriləcək. Ağdam təmsilçisi 7 mart tarixində isə Avropa Liqasının 1/8 final mərhələsinin ilk oyunu çərçivəsində Bakıda "Bayer"lə üz-üzə gələcək.

Rəşad Rafiqoğlu, Bizim.Media
 

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
92
38
bizim.media

10Mənbələr