AZ

Ronaldo cəzalandırılıb

Kriştiano Ronaldo cəzalandırılıb.

Ölkə.Az-ın məlumatına görə, bu barədə Səudiyyə Ərəbistanı Futbol Federasiyasının İntizam və Etika Komitəsi qərar verib.

“Əl-Nəsr”in hücumçusu 1 oyunluq cəzalanıb. Buna səbəb Ronaldonun “Əş-Şabab”la matçda (3:2) rəqib azarkeşlərə qarşı qeyri-etik jesti olub.

39 yaşlı futbolçu həmçinin 10 min rial (2666 dollar) məbləğində cərimə də ödəməli olacaq. Bundan əlavə, portuqaliyalı ulduz şikayətə görə “Əş-Şəbab”a 20 min rial (5,332 dollar) ödəməlidir.

Qeyd edək ki, bu mövsüm Ronaldo 20 liqa matçında 22 qol vurub və 9 məhsuldar ötürmə edib.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
232
33
olke.az

10Mənbələr