AZ

Marukyan xarici siyasətdə fikir ayrılığına görə istefa verdi

Edmon Marukyan Ermənistanın Baş naziri Nikol Paşinyana Ermənistanın xüsusi təyinatlı səfiri vəzifəsindən azad edilməsi üçün ərizə təqdim edib.

Axar.az xəbər verir ki, o, bu barədə sosial səhifə hesabında yazıb.

“Sizə bildirmək istəyirəm ki, mən Baş nazir Nikol Paşinyana Ermənistanın xüsusi təyinatlı səfiri vəzifəsindən azad edilməyim üçün ərizə ilə müraciət etmişəm.

Dövlətimiz və regionumuz üçün çətin bir dövrdə mən bu missiyanı böyük məsuliyyətlə və böyük fədakarlıqla öz üzərimə götürdüm. Lakin son vaxtlar bir sıra fundamental xarici siyasət məsələlərinə baxışlarımızdakı fərqliliklər mənim xarici siyasət cəbhəsində iştirakımı davam etdirməyimi qeyri-mümkün etdi”, - Marukyan yazıb.

Qeyd edək ki, bu, Nikol Paşinyanın komandasında 2021-ci ildən sonra xarici siyasətə görə açıq şəkildə elan edilən ilk ciddi fikir ayrılığıdır.

Seçilən
132
20
Mənbələr
Şərh ()
Bağla