AZ

Ukraynada yolun sonu göründü – Məğlub tərəfin adını açıqladılar

Qərb Ukraynaya silah-sursat tədarükünü artırmasa, Rusiya ordusu yeni ərazilər ələ keçirə bilər.

Teleqraf.com xəbər verir ki, bu barədə “Blumberq”ə vəziyyətlə tanış olan Ukrayna rəsmiləri deyiblər.

Agentlik yazır ki, sursat çatışmazlığı kritik həddə çatdıqdan sonra Rusiyanı cilovlamaq üçün daha çox beyin yormağa başlayan Kiyevdə döyüş meydanındakı vəziyyətə dair daxili qiymətləndirmələr getdikcə tündləşir.

“Avdiv şəhəri və yaxınlıqdakı bir neçə kəndin ruslar tərəfindən ələ keçirilməsi Ukraynanın müttəfiqləri üçün həyəcan siqnalı olmalıdır”, - Avropa rəsmisi vurğulayıb.

Amerikalı analitik Maykl Kofmana görə, Ukrayna bu il müharibəni uduzmağa başlaya bilər.

Ukrayna kəşfiyyatının məlumatına görə, Rusiya Prezidenti Vladimir Putin Kiyev və Odessa da daxil olmaqla böyük şəhərləri ələ keçirmək kimi ilkin məqsədindən əl çəkməyib.

Ukrayna rəsmisi də bildirib ki, cari əməliyyatların nəticələrindən asılı olaraq, Rusiya ləng irəliləyişini davam etdirmək, yoxsa dayandırmaq və bu yay müdafiə xətlərini yarmaq məqsədilə daha böyük zərbələr üçün resurslar toplamağa qərar verəcək.


Müəllif: Mənsur Rəğbətoğlu
Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
118
teleqraf.com

1Mənbələr