AZ

Azad olunan hərbçilərin Hüseyn və Aqşin olduğu bildirilir

bqxk
Xəbər verdiyimiz kimi, Azərbaycan və Ermənistan arasında aparılmış danışıqlar nəticəsində iki ölkə arasında etimad quruculuğu istiqamətində ciddi addımların atılmasına dair razılıq əldə olunub. Azərbaycan 32 erməni hərbçini, Ermənistan isə 2 azərbaycanlı hərbçini azad edir.
Yeniavaz.com
xəbər verir ki, yerli KİV 2 hərbçinin kimliyini açıqlayıb.
Bildirilir ki, Ermənistan tərəfindən azad olunan 2 azərbaycanlı hərbçi Bəbirov Aqşin və Axundov Hüseyndir.
Xatıradaq ki, Azərbaycan Ordusunun əsgərləri - 2004-cü il təvəllüdlü Bəbirov Aqşin Qabil oğlu və 2003-cü il təvəllüdlü Axundov Hüseyn Əhliman oğlu aprelin 9-da Naxçıvan Muxtar Respublikasının Şahbuz rayonunun Ermənistanla sərhəd ərazisində əlverişsiz hava şəraitində məhdud görmə səbəbindən itkin düşüblər.
Ermənistan Müdafiə Nazirliyi aprelin 13-də Azərbaycan əsgərlərinin Ermənistanda saxlandığını etiraf edib.
Sosial şəbəkələrdə və Ermənistan mediasında ermənilərin əsir götürdükləri Azərbaycan hərbçisini döymələri, ona ağır işgəncə vermələri ilə bağlı görüntülər yayılıb.
Qeyd edək ki, Aqşin Bəbirov Sünik rayon ümumi yurisdiksiya məhkəməsinin hökmü ilə 11,5 il müddətinə azadlıqdan məhrum edilib. O, sərhədi qanunsuz keçməkdə, dövlət sərhədindən qanunsuz olaraq odlu silah və döyüş sursatı keçirməkdə təqsirli bilinib.
Hüseyn Axundov isə Zəngəzur mis-molibden kombinatının gözətçisini qətlə yetirməkdə təqsirli bilinərək 20 il həbsə məhkum edilmişdi. Bu gün isə Ermənistanın Cinayət İşləri üzrə Apellyasiya Məhkəməsi bu ölkədə əsir saxlanılan Azərbaycan Ordusunun əsgəri Hüseyn Axundovla bağlı cinayət işinə baxılması və onun ömürlük azadlıqdan məhrum edilməsi barədə KİV-də xəbərlər yayılıb.
Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
260
50
yeniavaz.com

10Mənbələr