AZ

Elektrikli avtomobilin batareyasının dəyişdirilməsi neçəyə başa gəlir? - ARAŞDIRMA

Son illərdə bütün dünyada elektriklə işləyən avtomobillərə tələbat artır. Elektrik avtomobili almağı düşünən hər kəs batareyalar dəyişdirmək lazım gələrsə nə qədər ödəyəcəyini düşünür.

Avtosfer.az xəbər verir ki, elektrikli avtomobilin bayareyasının dəyişdirilməsi haqqı istifadə olunan məhsulların növünə və tutumuna görə dəyişir. Batareyaların istifadə müddəti onların növündən asılı olaraq dəyişir.

Məsələn, Tesla-nın yeni hazırladığı “4680” batareyaları əvvəlki nəsildən 6 dəfə güclüdür və 5 dəfə çox enerji saxlaya bilir. Bu, batareyaların doldurulma tezliyinin azaldılması və onların ömrünün uzadılması istiqamətində mühüm addımın atıldığını göstərir. Əslində, Tesla-nın paylaşdığı hesabata görə, ABŞ-da orta hesabla bir avtomobil istismarda çıxarılana qədər 320 min km, Avropada isə 240 min km istifadə olunur.

Hazırda orta hesabla elektrikli avtomobilin batareyaların dəyişdirilməsi təxminən 7 min dollara başa gəlir.

Əlbəttə ki, bir çox istehsalçı batareyalar üçün uzun müddət, məsələn, 8-10 il zəmanət verir. Bu qədər uzun zəmanət şərtlərinin təmin edilməsinin ən böyük səbəbi odur ki, yeni batareya texnologiyası sayəsində batareyada mümkün problem yaranarsa, bütün batareyanı deyil, yalnız müvafiq batareya hüceyrəsini çıxarıb yenisi ilə əvəz etmək olar.

Məhəbbət Tərlanoğlu

FOTO QALEREYA
Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
225
avtosfer.az

1Mənbələr