AZ

"Tesla"nın 25 min dollarlıq avtomobili yeni zavodda istehsal olunacaq

İlon Maskın rəhbəri olduğu "Tesla" Şanxayda "Gigafactory"nin üçüncü fazasının tikintisinə başlamağı planlaşdırır.

Valyuta.az xəbər verir ki, şirkətin yeni, 25 min dollarlıq avtomobil məhz bu fabrikdə istehsal ediləcək.

Şirkət hələ aprel ayında Şanxayda 40 GWh gücə malik batareyalar istehsal edəcək zavod quracağını və 2024-cü ilin ikinci yarısında istifadəyə verəcəyini açıqlamışdı. Bununla belə, o, "Gigafactory"nin üçüncü mərhələsi ilə bağlı planları qeyd etməyib.

"Late Auto Post"un verdiyi məlumata görə, yeni mərhələdə maraqla gözlənilən avtomobilin qiyməti 25 min dollar olacaq. "Model 3" və "Model Y" hazırda Şanxaydakı digər fabrikdə istehsal olunur. Zavodun illik istehsal gücü 1,1 milyon avtomobil təşkil edir. Bu ilin noyabr ayına qədər 850 min avtomobil buraxan zavodun istehsal həcmi keçən illə müqayisədə 30% artıb. Şanxaydakı fabriki "Tesla"nın ən səmərəli zavodu kimi tanınır. Texasdakı fabrikdə bir avtomobil 76 saniyəyə istehsal olunduğu halda, Şanxayda bu rəqəm 37 saniyədir. "Bloomberg"in hesabatına görə, "Tesla" Şanxay fabrikində istehsal olunan avtomobillərin sayını ildə iki milyona çatdıra bilər. 

Mask bir neçə gün əvvəl verdiyi müsahibədə 25 min dollarlıq avtomobillərinin istehsalında əhəmiyyətli irəliləyiş əldə etdiklərini söylədi. Bununla belə, avtomobilin 2025-ci ilin ortalarına qədər buraxılmayacağı iddia edilir.

Elmir

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
263
valyuta.az

1Mənbələr