AZ

Oman şahzadəsi Qərbin hökmranlığını dayandırmağa və yeni bir dünya nizamı qurmağa çağırdı

NOCOMMENT.az Rusiya mətbuatına istinadən xəbər verir ki, Qərbin hökmranlığını dayandırmaq və ikili standartlar olmadan yeni ədalətli dünya nizamı qurmaq lazımdır. Bunu Omanın vəliəhd şahzadəsi Ziyazin bin Heysəm Əl Səid Rusiya Federasiyasının prezidenti Vladimir Putinlə görüşdə deyib.

“Mən sizin çıxışınızı diqqətlə dinlədim və dünyadakı mövcud vəziyyətə, ilk növbədə, Qərbin ədalətsiz dünya nizamına və hökmranlığına son qoymağın zəruriliyi, habelə ikili standartlar olmadan yeni ədalətli dünya nizamının qurulması ilə bağlı söylədiyiniz bütün qiymətləndirmələri bölüşürəm” ,- Omanın vəliəhd şahzadəsi bildirib.

Seçilən
101
Mənbələr
Şərh ()
Bağla