AZ

Rəisi: “Rusiya ilə İran arasında əməkdaşlıq yaxşı inkişaf edir”

“Rusiya ilə İran arasında qarşılıqlı əlaqələr son bir neçə ildə yaxşı inkişaf edir”.

Bunu İran Prezidenti İbrahim Rəisi Rusiya Prezidenti Vladimir Putinlə danışıqlar zamanı deyib.

“Biz tərəqqi və inkişafa nail olmuşuq. Hesab edirəm ki, bugünkü danışıqlar ölkələrimizin potensial imkanlarının reallaşdırılması üçün yeni əlverişli şəraitin yaradılmasına kömək edə bilər”, - o bildirib.

O, Rusiya ilə İranın energetika, kənd təsərrüfatı, təhsil sahələrində əməkdaşlıq etdiyini, həmçinin universitetlər arasında mübadilə aparıldığını da qeyd edib.

“Bütün bu sahələr üzrə, əlbəttə ki, keyfiyyətli addımlar atıla bilər, bu, ölkələrimizin və xalqlarımızın mənafeyinə uyğun olacaq”, - İ.Raisi əlavə edib.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
88
50
moderator.az

10Mənbələr