AZ

Qırmızı Xaç və Qırmızı Aypara emblemlərindən qanunsuz istifadə edənləri nə gözləyir?

Oxu24.com oxuculara  hüquqi yardım  layihəsini  davam etdirir.

 

Bu dəfə təqdim  etdiyimiz  mövzu  müdafiə olunan nişanlardan sui-istifadə  zamanı  yaranan  məsuliyyətlə  bağlıdır.

 

Cinayət  Məcəlləsinin   119-cu  maddəsində   müdafiə olunan nişanlardan sui-istifadədən bəhs  edilir.

 

Məcəlləyə  görə,hərbi münaqişə dövründə müdafiə nişanı və ya fərqləndirici nişan qismində Qırmızı Xaç və Qırmızı Aypara emblemlərindən, fərqləndirici siqnallardan, Beynəlxalq Qızıl Xaç və Qızıl Aypara hərəkatının prinsipləri ilə bir araya sığmayan məqsədlər üçün Qızıl Xaç və Qızıl Aypara emblemlərindən və onların adlarından, müdafiə nişanı qismində istifadə edilən Qızıl Xaç və Qızıl Aypara emblemləri kimi qəbul edilə biləcək hər hansı oxşar siqnallardan istifadə etmək hüququ olmayan şəxslər tərəfindən istifadə etmə  iki ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.

 

 Ağ bayraqdan, Birləşmiş Millətlər Təşkilatının bayraq, nişan və ya geyimlərindən, o cümlədən 1949-cü il tarixli Cenevrə Konvensiyaları ilə müdafiə olunan fərqləndirici nişanlardan sui-istifadə etmə, bu əməllər zərərçəkmiş şəxsin ölümünə və ya onun sağlamlığına ağır zərər vurulmasına səbəb olduqda— beş ildən on ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.

 

 

Müəllif: Miri Məcidli

 

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
107
oxu24.com

1Mənbələr