AZ

"Time" jurnalı "İlin adamı"nı açıqlayıb: bu, nə "Barbi", nə də Putindir

"Müğənni Elvis Presli, Maykl Cekson və Madonna kimi populyarlıq qazanmağa nail olub..."
 
"Bu il ərzində o, öz ustalığını təkcə musiqidə deyil, həm də müasir dünyanın əsas rəvayətçisi kimi təkmilləşdirib..."
 
Amerikanın həftəlik "Time" jurnalı müğənni Teylor Svifti "İlin adamı" elan edib.
 
Moderator.az xəbər verir ki, bu barədə "bbc.com" nəşri yazıb.
 
Redaksiyanın fikrincə, o, sənətkar kimi "mədəni, tənqidi və kommersiya sahələrində" böyük uğurlar qazanıb.
 
"Bu il ərzində o, öz ustalığını təkcə musiqidə deyil, həm də müasir dünyanın əsas rəvayətçisi kimi təkmilləşdirib.
 
Bu il onun fəaliyyətini müzakirə etmək siyasət və ya hava mövzularını müzakirə etməyə bənzəyib, bu dildə elə geniş danışılıb ki, mənasına ehtiyac qalmayıb", - jurnal qeyd edib.
 
Jurnalın fikrincə, müğənni Elvis Presli, Maykl Cekson və Madonna kimi polulyarlıq qazanmağa nail olub.
 
Xatırladaq ki, "İlin adamı" adına iddiaçılar sırasına 10 namizəd daxil edilib. 
 
Onların arasında Rusiya prezidenti Vladimir Putin, Britaniya Kralı III Karl və "Barbi" gəlinciyi də olub.
 
"İlin adamı" nominasiyası 1927-ci ildən tətbiq edilir. Tarixdə ilk dəfə olaraq Atlantika üzərindən təkbaşına uçuş həyata keçirən təyyarəçi Çarlz Lindberq bu ada layiq görülüb.
 
Jurnalın bu rubrikası ətrafında dəfələrlə qalmaqallar baş verib.
 
Çünki müxtəlif zamanlarda "İlin adamı" Adolf Hitler, İosif Stalin (iki dəfə), Ayətüllah Xomeyni olub.
 
İndi isə "Time" xatırladır ki, "nominasiyanın qalibi cari ildə yaxşı və ya pis olmasından asılı olmayaraq həyata təsir göstərən hər-hansı xadim olur".
Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
83
50
moderator.az

10Mənbələr