AZ

“Mançester Yunayted” üç futbolçu ilə yollarını ayıra bilər - FOTO

“Mançester Yunayted” qış transfer pəncərəsində klubu tərk edəcək futbolçularla bağlı qərar verib.

Məlumata görə, Erik ten Haq artıq cinah yarımmüdafiəçisi Ceydon Sanço, yarımmüdafiəçi Kazemiro və müdafiəçi Rafael Varanla hesablaşmır.

Qeyd olunub ki, futbolçuların satışından sonra klubun əsas transfer hədəfi “Nitsa”nın müdafiəçisi Jan-Kler Todibo olacaq. Hazırda “Mançester Yunayted” mərkəz yarımmüdafiəçisi ilə maraqlanır.

23 yaşlı fransız bu mövsüm “Nitsa”nın heyətində 12 oyuna çıxıb və 1 məhsuldar ötürmə edib. Todibonun klubla müqaviləsi 2027-ci ilin yayına kimi nəzərdə tutulub. “Transfermarkt” oyunçunun dəyərini 30 milyon avro olaraq qiymətləndirir.

Mənbə: sport-express.ru

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
264
14
oxu.az

10Mənbələr