AZ

Almaniya 2024-cü il üçün büdcə ilə bağlı razılığa gələ bilmədi

NOCOMMENT.az xəbər verir ki, Almaniyanın Nazirlər Kabinetində fikir ayrılıqları var ki, bu da ölkə üçün 2024-cü maliyyə ilinin razılaşdırılmış büdcə olmadan başlamasına səbəb olur. Bu barədə rəsmilərin yazışmalarını əldə edən Almaniyanın “Spiegel” jurnalı yazır.

“Spiegel”in yazdığına görə, Nazirlər Kabineti bununla da gələn ilin büdcəsini vaxtında razılaşdıra bilməyib, bunun nəticəsində 2024-cü ilin əvvəlindən büdcənin faktiki qəbuluna qədər müvəqqəti büdcə idarəçiliyi tətbiq olunacaq. Bu müddət ərzində nazirliklər vəsaiti yalnız zəruri hallarda xərcləyə bilər və onların yeni layihələrə ayrılmasına icazə verilmir.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
157
nocomment.az

1Mənbələr