AZ

DİN əməliyyat keçirib: silahlar AŞKARLANIB (FOTO)

Bakı. Trend:

Tərtər Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən silahlarıntapılaraq yığılması istiqamətində tədbirlər davam etdirilir.

DİN-in Mətbuat Xidmətinin Bərdə regional qrupundan Trend-ə verilən məlumata görə, polisəməkdaşlarının keçirdikləri tədbirlər zamanı rayon ərazisindən üçədəd avtomat və üç ədəd tüfəng aşkar olunaraq götürülüb.

Şirvan Şəhər Polis Şöbəsinin əməkdaşları tərəfindən də qanunsuzsaxlanılan odlu silahların könüllü olaraq təhvil verilməsiistiqamətində profilaktiki tədbirlər davam etdirilir.

Aparılan tədbirlər nəticəsində ötən gün şəhər sakinləritərəfindən bir ədəd avtomat, bir ədəd daraq və 21 ədəd patron,eləcə də altı ədəd müvafiq sənədləri olmayan ov tüfəngi könüllüolaraq polis əməkdaşlarına təhvil verilib.

Bu istiqamətdə tədbirlər davam etdirilir.

DİN
DİN
Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
158
18
az.trend.az

10Mənbələr